satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib

İsrail Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus hərbi obyektlərə zərbələr endirib.

NTV  xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, hücum zamanı “Hizbullah”ın “Radvan” xüsusi təyinatlı qüvvələrinin təlim düşərgəsində yerləşən onlarla raket və buraxılış qurğusu hədəfə alınıb.

Hərbçilərin bildirdiyinə görə, obyekt Cənubi Livanın Eyn əl-Tina yaşayış məntəqəsi yaxınlığında yerləşib. İsrail tərəfi raketlərin İsrailə qarşı istifadə üçün nəzərdə tutulduğunu və zərbələrin mümkün təhlükənin qarşısını almaq məqsədilə endirildiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM