satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı liderləri növbəti yeddiillik büdcə ilə bağlı razılığa gələ bilməyiblər

Avropa İttifaqı liderləri növbəti yeddiillik büdcə ilə bağlı razılığa gələ bilməyiblər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Brüsseldə keçirilən danışıqlarda qurumun növbəti yeddiillik maliyyə planı ilə bağlı razılıq əldə edə bilməyiblər. Bununla belə, büdcənin ilin sonunadək təsdiqlənməsi nəzərdə tutulur.

NTV xəbər verir ki, bu barədə Almaniyanın federal kansleri Fridrix Merts Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, üzv ölkələrin növbəti maliyyə planının formalaşdırılması ilə bağlı mövqeləri hələ də ciddi şəkildə fərqlənir. Kansler qeyd edib ki, tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün əlavə vaxt və qarşılıqlı anlaşma tələb olunur.

Fridrix Merts bildirib ki, büdcə ilə bağlı müzakirələr dekabrın 17-də yenidən davam etdiriləcək. O, danışıqların yekun mərhələsinin yaxın vaxtlarda keçiriləcəyini də vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM