satellite   Azerspace-1: 11135 H 30000

Almaniyalı futbolçu antidopinq qaydalarını pozduğu üçün dünya çempionatını buraxacaq

Almaniyalı futbolçu antidopinq qaydalarını pozduğu üçün dünya çempionatını buraxacaq

Almaniyanın qadınlardan ibarət futbol millisinin və “Ayntraxt” klubunun kapitanı Laura Freyanq 16 ay müddətinə diskvalifikasiya olunub.

NTV xəbər verir ki, 28 yaşlı futbolçu dopinq nəzarəti üçün olduğu yer barədə məlumat vermə qaydalarını üç dəfə pozduğuna görə cəzalandırılıb.

2025-ci ilin martından 2026-cı ilin fevralınadək baş verən üç qayda pozuntusu Dünya Antidopinq Agentliyinin (WADA) tələblərinə əsasən antidopinq qaydalarının pozulması hesab edilib. İşlə bağlı idman arbitrajı prosesi futbolçu, WADA, Almaniyanın Milli Antidopinq Agentliyi və Almaniya Futbol İttifaqı arasında əldə olunan razılaşma ilə başa çatıb.

Diskvalifikasiya 2026-cı il iyunun 8-də qüvvəyə minib və 2027-ci il oktyabrın 7-dək davam edəcək. Bu səbəbdən Laura Freyanq gələn il Braziliyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. Qeyd edək ki, tarixdə ilk dəfə 32 komandanın mübarizə aparacağı mundialı futbolçu kənardan izləməli olacaq.

Cəza çərçivəsində onun 2026-cı il fevralın 23-dən sonrakı fərdi statistik göstəriciləri ləğv edilib. Bununla belə, “Ayntraxt” və Almaniya millisinin həmin dövrdə keçirdiyi oyunların nəticələri qüvvədə saxlanılıb.

Freyanq məsələ ilə bağlı açıqlamasında dopinqdən istifadəyə dair heç bir şübhənin olmadığını bildirib. O, qaydalara əməl etməyin məsuliyyətini dərk etdiyini və təmiz idmanın tərəfdarı olduğunu vurğulayıb.

“Ayntraxt” klubu isə futbolçu ilə müddəti 2027-ci il iyunun 30-da başa çatacaq müqavilənin yenilənməsi ilə bağlı yaxın vaxtlarda danışıqlara başlayacağını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:09 27.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM