Estoniya xarici işlər naziri Marqus Tshakna ilə bugünkü görüşün əsas məqsədlərindən biri bu ölkənin Bakıdakı səfirliyinin açılışıdır.
NTV-nin məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkn ilə brifinqdə deyib.
Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər hər zaman müsbət məcrada injkişaf edib, son illərdə isə çox ciddi dinamika hiss olunur.
O deyib ki, ötən ilin oktyabrında da həmkarının Azərbaycana səfəri olub, eləcə də bu il ərzində də təmaslar davam etdirilib:
"Estoniyanın Azərbaycanda ilk rezident səfirini bu gündən ölkədə fəaliyyətə başlaması münasibəti ilə təbrik edirəm. Həm Estoniyanın Bakıdakı, həm də Azərbaycanın Tallindəki səfirlikləri ölkələr arasında olan münasibətlərə müsbət töhfələrini vermək iqtidarında olacaqlar".
