satellite   Azerspace-1: 11135 H 30000

Kalium tərkibli qida məhsulları qan təzyiqini salmağa kömək edir

Kalium tərkibli qida məhsulları qan təzyiqini salmağa kömək edir

Hipertoniya adlanan yüksək qan təzyiqi o deməkdir ki, sizin ürəyiniz bütün bədəninizə qanı ötürmək üçün daha intensiv işləmək məcburiyyətində qalır. Bu təhlükəli ola bilər, onu müalicə etməsəniz, ürək böhranları və insultlar kimi ciddi və təxirəsalınmaz hallara səbəb ola bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “MedikForum”a istinadla xəbər verir ki, yüksək tərkibdə duz pəhrizi əsas hipertoniya amillərindən biridir.

Bu, onunla bağlıdır ki, duz bədəni suyu saxlamağa məcbur edir, bu əlavə su isə qan damarlarının divarlarına təzyiq göstərir. Rasiona kalium tərkibli qida məhsullarının əlavə edilməsi qan təzyiqinin azaldılması üçün duzdan imtina edilməsi ilə müqayisədə daha səmərəli ola bilər.

Kaliumla zəngin qida məhsulları: pomidor püresi, maya, protein tozu, qızardılmış püstə, kişmiş, qarışıq quru meyvələr, gavalı, balqabaq toxumu, təzə cəfəri, səhər yeməyi üçün kəpəkli taxıl, badam yağı, banan.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM