satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda geri qaytarılan ƏDV-nin məbləği artırılıb

Naxçıvanda geri qaytarılan ƏDV-nin məbləği artırılıb

Bu ildən Naxçıvanda da tətbiqinə başlanılan əlavə dəyər vergisinin geri qaytarılması məbləği artırılıb. Belə ki, Naxçıvanda nağdsız əməliyyatlara görə geri alınan ƏDV 17,5 faizə qaldırılıb.

Azərbaycan Respublikası Prezidentinin “ƏDV geri al” layihəsi ilə bağlı Vergi Məcəlləsində etdiyi dəyişikliklərin icrasına başlanılıb. Dəyişikliklərə əsasən, 2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb. Nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə paralel olaraq, alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesinə başlanılıb.

Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV, həmçinin 2022-ci il oktyabrın 1-dən etibarən isə istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM