satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib<font color=red> - FOTOLAR</font>

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yolun kənarına yuvarlanıb. 

Hadisə Naxçıvan-Batabat avtomobil yolunun Nəzərabad kəndi ərazisindən keçən hissəsində baş verib. Gecə saat 03:10 radələrində Şahbuz rayonu istiqamətində hərəkətdə olan “Lada Niva” markalı avtomobilin sürücüsü, Şahbuzkənd sakini Hüseyn Hüseynov idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və avtomobil yolun kənarına yuvarlanıb.

Nəticədə avtomobilə ciddi ziyan dəyib. Sürücü və avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Sevgili Mustafazadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM