satellite   Azerspace-1: 11135 H 30000

Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib

Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib

Dünən Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, kənd sakinləri - Allahverdi Məmmədov və Solmaz Məmmədova dəm qazının sızması nəticəsində zəhərlənib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan zərərçəkənlərdən Allahverdi Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM