satellite   Azerspace-1: 11135 H 30000

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər xərc çəkməyəcəklər

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər xərc çəkməyəcəklər

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 23-də keçilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.

Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər” məzmunlu yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM