satellite   Azerspace-1: 11135 H 30000

Şuşa və Ağdama səfər edənlərin sayı 21 mini keçib

Şuşa və Ağdama səfər edənlərin sayı 21 mini keçib

Bu günə qədər müntəzəm avtobus marşrutları ilə Şuşa şəhərinə və Ağdam rayonuna 506 reys həyata keçirilib, 21 015 nəfər həmin yerləri ziyarət edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Şuşaya 17 021 sərnişin səfər edib. Onlardan 11 905 nəfər Bakı-Şuşa-Bakı, 5 116 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə, ümumilikdə, 3 994 sərnişin səfər edib. Onlardan 2 013 nəfər Bakı-Ağdam-Bakı, 1 981 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM