Milli Məclis müvafiq orqanlar ilə birlikdə aqrar sahə ilə əlaqədar yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr keçiriləcək.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu məsələ parlamentin Aqrar siyasət komitəsinin 2023-cü il üzrə yaz sessiyasının iş planında əksini tapıb.
Yaz sessiyası ərzində komitə üzvlərinin işğaldan azad edilən torpaqlarda yaranmış vəziyyətlə tanışlıq və aqrar sahəsinin inkişafı üçün vacib məsələlərin müzakirəsi nəzərdə tutulur.
