satellite   Azerspace-1: 11135 H 30000

Yanvarın 26-da Azərbaycanda COVID-19 əleyhinə 350 doza vaksin vurulub

Yanvarın 26-da Azərbaycanda COVID-19 əleyhinə 350 doza vaksin vurulub

Yanvarın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 350 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 169, ikinci doza vaksinlərin sayı 44, üç və daha çox doza vaksinlərin sayı 114, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 941 min 202, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 798, ikinci mərhələ üzrə 4 milyon 876 min 797, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 440, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 167-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM