satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda aksizsiz tütün məmulatları və spirtli içkilər dövriyyədən çıxarılıb

Naxçıvanda aksizsiz tütün məmulatları və spirtli içkilər dövriyyədən çıxarılıb

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan MR DİN-in Cinayət Axtarış İdarəsinin əməkdaşları Naxçıvan şəhərində yerləşən "Çəmən" marketdən satışı qadağan edilmiş aksiz markasız spirtli içkilər və tütün məmulatları aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.

Bu kimi tədbirlərin davamı olaraq Şərur Rayon Polis İdarəsinin əməkdaşları da Siyaqut kəndində kiçik biznes fəaliyyəti ilə məşğul olan vətəndaşdan aksizsiz müxtəlif markalarda siqaretlər aşkarlayaraq götürüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM