satellite   Azerspace-1: 11135 H 30000

104.1 FM-in yayım keyfiyyətinin monitorinqi aparılıb - FOTOLAR

104.1 FM-in yayım keyfiyyətinin monitorinqi aparılıb<font color=red> - FOTOLAR</font> 104.1 FM-in yayım keyfiyyətinin monitorinqi aparılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Radio-Televiziya Ötürücü Mərkəzinin texniki mütəxəssisləri Naxçıvan şəhəri ərazisində televiziya və radio yayımının keyfiyətinin yoxlanması məqsədilə monitorinq keçiriblər.

Monitorinqdə Naxçıvan televiziyasının əməkdaşları da iştirak edib. Şəhərin müxtəlif istiqamətlərində aparılan monitorinq zamanı bəlli olub ki, bir çox istiqamətlərdə Naxçıvan radiosunun yayımlandığı 104.1 FM tezliyində qırılmalar baş verir.

Mütəxəssislər bildirir ki, buna səbəb İran İslam Respublikasına məxsus radio vericilərinin normadan dəfələrlə artıq siqnal buraxması və milli tezliklərimizə müdaxilədir.  Naxçıvan şəhərinin bir çox yerlərində yayım tezliyinin keyfiyyəti yaxşı olsa da, xüsusilə sərhədə yaxın ərazilərdə şəbəkə parazitləri yayım keyfiyyətinə təsir göstərir.

                                                              

  Yunis Allahverdiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM