“Naxtel” yeniliklərlə sevindirir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxtel” mobil operatoru dayanıqlı rabitə və yüksək keyfiyyətli internet xidmətləri ilə muxtar respublikanın yaşayış məntəqələrini tam olaraq əhatə edir. Şirkət abunəçilər üçün yeni kampaniya təkliflərini də davam etdirəcək.

Naxçıvanın hər bir nöqtəsində yüksək sürətli internet və mobil rabitə xidməti göstərən “Naxtel 4G” mobil operatoru hər il yeniliklərlə abunəçilərini sevindirir. Keyfiyyətli, sərfəli və dayanıqlı mobil telekommunikasiya xidmətləri göstərən “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti bu gün muxtar respublikanın yaşayış məntəqələrinin 99 faizini əhatə edir. 98 baza stansiyası ilə fəaliyyətə başlayan “Naxtel” hazırda stansiyalarının sayını 130-a çatdırıb.

“Naxtel” sürətli interneti, sərfəli danışıq dəqiqələri və daim yenilənən kampaniya və tarifləri ilə müştəri məmnuniyyətini artırır.

Şirkət son günlərdə mobil internet tariflərindən istifadə zamanı sərfiyyatla bağlı abunəçilərin şikayətlərinə aydınlıq gətirib.  

Abunəçilər “Naxtel” satış və xidmət mərkəzləri, 24 saat fəaliyyət göstərən “299” çağrı mərkəzi və digər internet resursları vasitəsilə əlaqə saxlayıb kömək ala bilirlər. Şirkət rəsmi www.naxtel.az internet saytı, şəxsi kabinet və sosial şəbəkə hesabları da xidmətinizdədir.

 

Sevgili Mustafazadə

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM