Yol nişanları yenilənir - VİDEO

Muxtar respublika ərazisində yol nişanlarının asfalt üzərinə işarələnməsi sürücülərin narazılığı ilə qarşılanırdı. İzləyicilərin müraciəti əsasında Naxçıvan televiziyasının əməkdaşları bu məsələ ilə bağlı videomaterial təqdim etmişdi. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, televiziyanın çıxışından sonra aid qurumlar bu istiqamətdə işlərə başlayıb.

Sakinlər, xüsusilə də sürücülər bildirirlər ki, Naxçıvanda yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyətinin əsas səbəblərindən biri hərəkəti tənzimləyən yol nişanlarının düzgün tənzimlənməməsidir. Bir çox yol nişanları yolun kənarında deyil, asfalt örtüyünün üzərində olduğundan həmin nişanlar lazım olan məsafədən görünmür. Yağıntılı və qarlı havada isə bu nişanları heç yaxın məsafədən də görmək mümkün olmur. Nəticədə bəzən qəzalar da qaçılmaz olur.

Bu barədə NTV-də təqdim olunan araşdırma materialından şəhərin küçə və prospektlərində yol nişanları yenidən qurulur və müvafiq yerlərdə nişanlar asfalt örtüyünün üzərində deyil, yolun kənarında quraşdırılır.

Görünən odur ki, ictimaiyyəti narahat edən bu cür problemlərin həlli əslində mümkündür və o qədər də çətin deyilmiş. Ümidvarıq ki, Naxçıvan televiziyasında yayımlanan və sakinləri narahat edən digər məsələlər də yaxın zamanlarda öz həllini tapacaq.

Mahmud Hüseynov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM