satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhəri və Şahbuzda dələduzluq edən şəxslər saxlanılıb - FOTOLAR

Naxçıvan şəhəri və Şahbuzda dələduzluq edən şəxslər saxlanılıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhəri və Şahbuzda dələduzluq edən şəxslər saxlanılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan şəhərində və Şahbuz rayonunda məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Araşdırmalarda onların tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarını 100-500 manata satdıqları aşkarlanıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi bildirir ki, bu və ya bu kimi əməllərdən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etsinlər.

Faktla bağlı araşdırmalar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM