satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Teatrı xeyriyyə tamaşası verəcək

Naxçıvan Teatrı xeyriyyə tamaşası verəcək

Türkiyədə baş verən zəlzələdən zərər görmüş qardaş-bacılarımıza yardım məqsədilə fevralın 9-u və 10-da Naxçıvan teatrının səhnəsində K.Çapekin "Ana" dramı oynanılacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, tamaşalardan toplanan vəsait qardaş Türkiyəmizdə zəlzələdən zərər çəkən insanlara yardım olaraq göndəriləcək. Tamaşalar hər iki gündə saat 19:00-da başlayacaq.

Biletlər tamaşadan iki saat əvvəldən teatrın kassasında satılır. Qiyməti 3 manatdır.

Hər kəsi bu xeyriyyə aksiyasında iştiraka dəvət edirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM