satellite   Azerspace-1: 11135 H 30000

Fevralın 9-da Azərbaycanda COVID-19 əleyhinə 251 doza vaksin vurulub

Fevralın 9-da Azərbaycanda COVID-19 əleyhinə 251 doza vaksin vurulub

Fevralın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 251 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 70, ikinci doza vaksinlərin sayı 97, üç və daha çox doza vaksinlərin sayı 71, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 944 min 727, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 943, ikinci mərhələ üzrə 4 milyon 877 min 655, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 756, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 373-dür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM