satellite   Azerspace-1: 11135 H 30000

Babək rayonunda məktəb binasının çökməsi ilə bağlı cinayət işi başlanıb

Babək rayonunda məktəb binasının çökməsi ilə bağlı cinayət işi başlanıb

Naxçıvan Muxtar Respublikasında məktəb binasının çökməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə muxtar respublikanın prokurorluğundan məlumat verilib.

Belə ki, Babək rayon Nehrəm qəsəbə 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 31 mart 2022-ci il tarixdə binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma materialı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öyrənilib və həmin qərar fevralın 8-də ləğv edilərək Cinayət Məcəlləsinin 222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM