Türkiyənin zəlzələ baş verən bölgələrinə göndərilən humanitar yardımlara Naxçıvan Qarnizonu tam orta məktəbinin kollektivi və valideynlər də qoşulub.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, göndərilən yardım əsasən yataq, təmizlik ləvazimatları, isti geyimlər və ərzaqdan ibarətdir.
Qeyd edək ki, yardım məqsədilə məktəbin kollektivi tərəfindən toplanan pul vəsaiti də ən tez zamanda aidiyyəti üzrə hesaba yatırılacaq.
