satellite   Azerspace-1: 11135 H 30000

İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb

İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb

İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha bir nəfər saxlanılıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Kamran Quliyev saxlanılıb. Onun üstünə baxış zamanı satış məqsədilə əldə etdiyi 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı Kamran Quliyevin sosial şəbəkələr vasitəsilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşı ilə əlbir olduğu və onun pul müqabilində narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. Kamran Quliyevin, həmçinin sosial şəbəkələrdə gənclər arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu da müəyyən edilib.

Faktla bağlı Kamran Quliyevin barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM