satellite   Azerspace-1: 11135 H 30000

Azad edilən ərazilərdə ötən ay 926 mina aşkarlanıb

Azad edilən ərazilərdə ötən ay 926 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlayıb.

ANAMA-dan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM