satellite   Azerspace-1: 11135 H 30000

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib - FOTOLAR

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib<font color=red> - FOTOLAR</font> Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib<font color=red> - FOTOLAR</font> Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivləri “Heydər Əliyev İli” ilə əlaqədar Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Xidmətdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, kollektiv ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib.

Muzeylə tanışlıq zamanı məlumat verilib ki, ümummilli liderin dövlət idarəçiliyindəki misilsiz xidmətləri dahi rəhbərin adını daşıyan bu muzeydə yaşadılır. 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzey ümummilli liderin sağlığında yaradılan ilk muzeydir və hazırda muzey fondunda 5 mindən çox eksponat mühafizə olunur.

Zəngin ekspozisiya zalında görkəmli dövlət xadiminin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, kitab, qəzet, jurnallar və digər dəyərli eksponatlar sərgilənir.

Xidmətin əməkdaşları Ulu Öndərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM