satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin ötən dövründə Naxçıvanda 87 elektron imza sertifikatı verilib

Bu ilin ötən dövründə Naxçıvanda 87 elektron imza sertifikatı verilib

Naxçıvanda elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə,  bu ilin birinci rübündə 5-i sahibkar, 16-sı hüquqi şəxs və 66-sı dövlət qurumu olmaqla, ümumilikdə 87 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

Elektron imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və üçüncü tərəfə informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmasıdır. İmzadan bütün vətəndaşlar, o cümlədən dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. Elektron imzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir və istifadə müddəti 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytından əldə etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM