satellite   Azerspace-1: 11135 H 30000

Cəzaçəkmə müəssisələrində dezinfeksiya işləri aparılıb - FOTOLAR

Cəzaçəkmə müəssisələrində dezinfeksiya işləri aparılıb<font color=red> - FOTOLAR</font> Cəzaçəkmə müəssisələrində dezinfeksiya işləri aparılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığının qorunması, onların tibbi təminatının yaxşılaşdırılması, müxtəlif yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Ümumdünya Sağlamlıq Günü münasibətilə Kəngərli Rayon Gigiyena və Epidemioloji Mərkəzinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrində və Mühafizə Taburunda kompleks dezinfeksiya işləri həyata keçirilib. Məhkum və həbs edilmiş şəxslərin, eləcə də səxsi heyətin istifadə etdikləri inzibati binalar və ərazilər, sanitar qovşaqlar, yeməkxanalar, yataqxanalar dərmanlanıb.

Mərkəzin mütəxəssisləri sanitar-gigiyena qaydalarına düzgün əməl olunması istiqamətində şəxsi heyət və məhkumlarla profilaktiki söhbət aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM