satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan FHN-ə 5 yeni müasir yanğınsöndürən avtomobili verilib - VİDEO

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yaşayış sahələrində, sənaye, dağlıq-meşə zonalarında baş verən yanğınların söndürülməsi üçün 5 yeni müasir yanğınsöndürən avtomobili verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yeni avtomobillərə Rusiya istehsalı olan 3 ədəd “KamAZ” və 1 ədəd “Ural” markalı yanğınsöndürən, Almaniya istehsalı olan 1 ədəd “İveco” Magirus markalı 42 metr hündürlüyə uzanan avtonərdivan daxildir.

Avtomobillər çoxprofillidir, yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, yanğın yerinin işıqlandırılması, eyni zamanda digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.

Naxçıvan FHN-ə 5 yeni müasir yanğınsöndürən avtomobili verilib<font color=red> - VİDEO</font> Naxçıvan FHN-ə 5 yeni müasir yanğınsöndürən avtomobili verilib<font color=red> - VİDEO</font> Naxçıvan FHN-ə 5 yeni müasir yanğınsöndürən avtomobili verilib<font color=red> - VİDEO</font> Naxçıvan FHN-ə 5 yeni müasir yanğınsöndürən avtomobili verilib<font color=red> - VİDEO</font> Naxçıvan FHN-ə 5 yeni müasir yanğınsöndürən avtomobili verilib<font color=red> - VİDEO</font>

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM