satellite   Azerspace-1: 11135 H 30000

Amazon meşələri hər il 15 milyondan çox xəstəlik halının qarşısını alır

Amazon meşələri hər il 15 milyondan çox xəstəlik halının qarşısını alır

Yeni bir araşdırmaya görə, tədqiqatçılar Braziliyanın Amazon tropik meşələrindəki təbii ehtiyatların çirklənmiş havanı udmaqla hər il 15 milyondan çox xəstəlik halının qarşısını aldığı qənaətinə gəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi tibbi saytlara istinadla bildirir ki, nəticələri “Nature” jurnalında dərc edilən onillik araşdırmada diqqət Amazon tropik meşələrinin meşə yanğınlarının törətdiyi çirkləndiricilərin insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasına yönəldilib.

Tədqiqatlar Amazon meşələrinin çirkli havanı udmaqla hər il 15 milyondan çox xəstələnmənin qarşısını ala bildiyini göstərib. Amazon meşələri səbəbindən tənəffüs və ürək-damar xəstəliklərinin müalicəsi ilə bağlı sağlamlıq xərclərinə ildə təxminən 2 milyard dollar qənaət edildiyi proqnozlaşdırılıb.

Nəticələr göstərir ki, Amazon tropik meşələri hər il 26 min metrik ton hissəcikləri udmaq qabiliyyətinə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM