satellite   Azerspace-1: 11135 H 30000

ANAMA Xızı rayonunda baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Xızı rayonunda baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb

Xızı rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan Bəxtiyar Hüseynov Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, aprelin 15-də Xızı rayonu ərazisində baş verən sursat partlayışı nəticəsində Sumqayıt şəhər sakinləri 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilov həlak olub, 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov müxtəlif bədən xəsarətləri alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM