satellite   Azerspace-1: 11135 H 30000

Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQ-42 əl qumbarası və partladıcısı, 1 ədəd PQ-7 70mm-lik qumbaratan mərmisinin partladıcısı, 10 ədəd 12mm-lik tüfəng mərmisi, 15 ədəd 9x18mm-lik, 12 ədəd 9x19mm-lik kiçik çaplı silah mərmisi və 10 ədəd 5,45mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Naxçıvan şəhərində aşkar edilmiş 1 ədəd 85mm-lik kameralı zirehdələn top mərmisi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri tərəfindən müvafiq qaydada ərazidən götürülərək kənarlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM