Aprelin 13-də saat 23:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü Qurbanov Vüqar Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı iki bağlamada ümumi çəkisi 20 kiloqram 400 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
