satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad olunub

Naxçıvan Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad olunub

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Kəmalə Qurbanova tutduğu vəzifəsindən azad edilib. Bununla bağlı əmri muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov imzalayıb.

Samiq Sadıxov Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirib ki, muxtar respublikada səhiyyə sahəsində yenilənmələr və kadr islahatları davam etdiriləcək.

Qeyd edək ki, Naxçıvan Doğum Mərkəzi əhalinin ən çox narazı qaldığı, korrupsiyalaşmış və insanların incidildiyi səhiyyə müəssisəsi idi. 

Baş həkim vəzifələrinin müvəqqəti icrası baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM