satellite   Azerspace-1: 11135 H 30000

İlon Mask “Microsoft”u “Twitter”in məlumatlarından qanunsuz istifadədə ittiham edib

İlon Mask “Microsoft”u “Twitter”in məlumatlarından qanunsuz istifadədə ittiham edib

“Twitter” şirkətinin sahibi İlon Mask “Microsoft” şirkətini öz süni intellekt modelinin təlimi üçün sosial şəbəkənin məlumatlarından qeyri-qanuni istifadədə ittiham edib. O, bu barədə iddiasını özünün “Twitter” hesabında paylaşıb.

“Onlar [“Microsoft”] “Twitter”in məlumatlarından istifadə edib qeyri-qanuni təlim aparıblar. Məhkəmə istintaqının vaxtıdır”, - deyə biznesmen yazıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, martın 22-də süni intellekt sahəsinin 1000-dən çox eksperti, o cümlədən İlon Mask dərc etdikləri açıq məktubda bu sahədə nəzarət olunmayan prosesin bəşəriyyət üçün təhlükə yarada biləcəyi ilə əlaqədar “GPT-4”dən daha güclü sistemin təliminə azı 6 aylıq moratorium qoyulmasına çağırıblar. “Microsoft”un yaradıcısı Bill Geyts isə bu cür moratoriumun tətbiq olunmasına qarşı çıxıb.

“OpenAI” Amerika şirkətinin “ChatGPT” proqramı 2022-ci il noyabrın sonunda istifadəyə verilib. Xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı fəaliyyət göstərir. “GPT-3.5” dil modeli əsasında süni intellekt əlavə suallara cavab verə, öz səhvlərini təsdiqləyə, düzgün olmayan ilkin şərtlərlə razılaşmaya və yersiz müraciətləri rədd edə bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM