satellite   Azerspace-1: 11135 H 30000

Babəkdə “Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib - FOTOLAR

Babəkdə “Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Babəkdə “Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva böyük şəxsiyyət Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti barədə danışıblar.

Bildirilib ki, Azərbaycanın hər bir guşəsində ümummilli lider Heydər Əliyevin imzası, müəyyənləşdirdiyi siyasətin uğurlu nəticələri görünür. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bütövlükdə, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ölkəmizin həyatında böyük ictimai-siyasi hadisədir.

Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunan filmə baxış olub.

Adilə Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM