satellite   Azerspace-1: 11135 H 30000

Son 3 ayda 28 uşaq övladlığa götürülüb, 36 uşaq öz ailəsinə reinteqrasiya edilib

Son 3 ayda 28 uşaq övladlığa götürülüb, 36 uşaq öz ailəsinə reinteqrasiya edilib

Cari ilin 1-ci rübündə 13-ü oğlan, 15-i qız olmaqla 28 uşaq övladlığa götürülüb.

Prezident İlham Əliyevin Fərmanına əsasən 2019-cu il noyabrın 1-dən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Birinci rübdə də bu istiqamətdə 155 monitorinq aparılıb.

Son 3 ayda həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 19-u oğlan, 17-si qız olmaqla 36 uşaq öz bioloji ailələrinə qaytarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM