satellite   Azerspace-1: 11135 H 30000

Şərurun polis rəisi vəzifəsindən azad edilib

Şərurun polis rəisi vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası DİN-in Şərur Rayon Polis İdarəsinin rəisi işdən azad olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nəsib İsmayılov Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Başqa bir əmrlə Nəsib İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyində müvafiq vəzifəyə təyin edilib.

Naxçıvan daxili işlər nazirinin digər əmri ilə polis polkovniki Orxan Axundzadə Şərur Rayon Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, O. Axundzadə bundan öncə Bakının Səbail Rayon Polis Şöbəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM