satellite   Azerspace-1: 11135 H 30000

Anar Bağırov: Naxçıvanda 100 min nəfər əhaliyə cəmi 4 vəkil düşür

Anar Bağırov: Naxçıvanda 100 min nəfər əhaliyə cəmi 4 vəkil düşür

Naxçıvanda vəkillərin sayı olduqca azdır. Bu da bizi narahat edən əsas amillərdən biridir. Əgər statistik rəqəmləri nəzərə salsaq, Naxçıvanda 100 min nəfər əhaliyə cəmi 4 vəkil düşür. Bu, çox aşağı göstəricidir. Biz çalışırıq ki, bu göstəricini dəyişək. Azərbaycanın digər bölgələrində bu rəqəm qat-qat çoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

“Bu yaxınlarda Naxçıvanda vəkilliyə sənəd qəbulu elan edilib. Vəkillər Kollegiyası Naxçıvan Vəkillər Kollegiyası ilə birgə bu prosesi təşkil edir. Ümid edirəm ki, gördüyümüz tədbirlər nəticəsində bu prosesdə müsbət dəyişikliklər baş verəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM