satellite   Azerspace-1: 11135 H 30000

2018-2023-cü illərdə DOST mərkəzlərində 1 milyon 561 min vətəndaşa xidmət göstərilib

2018-2023-cü illərdə DOST mərkəzlərində 1 milyon 561 min vətəndaşa xidmət göstərilib

DOST konsepsiyası son illərin uğurlu sosial islahat nümunələrindən biri olmaqla ölkəmizin yeni brendi kimi tanınır.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri və Abşeron rayonunda olmaqla 6 DOST mərkəzi, habelə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faizdir.

Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına isə 88,9 min müraciət olub və proqrama 3,4 min nəfər cəlb edilib.

DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir və DOST Agentliyi 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM