satellite   Azerspace-1: 11135 H 30000

Səhiyyə Nazirliyinin psixiatrı valideynlərə çağırış edib

Səhiyyə Nazirliyinin psixiatrı valideynlərə çağırış edib

"Uşaqlar arasında psixoloji problemlər həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilir".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.

O bildirib ki, uşaqlar arasında da depressiyadan əziyyət çəkənlər var: "Bəzi hallarda insanlar depressiyaya yalnız yetkin insanlarda rast gəlindiyini düşünür. Amma bu, belə deyil. Bu psixi pozuntuya uşaqlar arasında da rast gəlinir. Eyni zamanda, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM