satellite   Azerspace-1: 11135 H 30000

Şərurda bıçaqlanma hadisəsi baş verib

Şərurda bıçaqlanma hadisəsi baş verib

Naxçıvan MR DİN-in mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, iyunun 6-da saat 03:20 radələrində Şərur rayon Dizə kənd sakini Mürsəlov Əli Yusif oğlunun Şərur rayon Oğlanqala kənd ərazisində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. 

Aparılan araşdırmalarla Oğlanqala kənd sakinləri Sadiq Mehdiyev, Məhəmmədəli Vəliyev və Qoşunəli Abdullayevin  aralarında olan mübahisə zəminində Əli Mürsəlova bıçaqla xəsarət yetirdikləri əsaslı şübhələrlə müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Sadiq Mehdiyev saxlanılıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM