satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilib- nazir səlahiyyətləri Mirməcid Seyidova verilib

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən  azad edilib- nazir səlahiyyətləri Mirməcid Seyidova verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov  Ramil Hacının Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ramil Qəşəm oğlu Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin".

Digər sərəncamla Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Məcid Mirəli oğlu Seyidova həvalə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM