satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda bir məhkəmə sədri və bir hakim təqaüdə göndərilib

Azərbaycanda bir məhkəmə sədri və bir hakim təqaüdə göndərilib

Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədov və Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın təqaüdə yola salınması münasibətilə görüş keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakimlik üzrə son yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onların bundan sonra da hüquq qaydasının inkişafına dəstək göstərəcəklərinə ümidvar olduğunu qeyd edib.

Könül Məmmədov və Şövkət Nəcəfova öz növbəsində onlara və bütövlükdə hakim korpusuna göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində fəaliyyətlərinə görə Məhkəmə-Hüquq Şurası adından fəxri fərmanla təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM