satellite   Azerspace-1: 11135 H 30000

Bakıda saxta əskinaslarla yaşlı insanları aldadan şəxs barəsində həbs qətimkan tədbiri seçilib - VİDEO

Bakıda saxta əskinaslarla yaşlı insanları aldadan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Naxçıvan televiziyası-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əskinaslar təqdim edilməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edilən əməli törətdiyi üçün polislər tərəfindən saxlanılan 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM