satellite   Azerspace-1: 11135 H 30000

Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək - PROQNOZ

Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək<font color='red'> - PROQNOZ</font>

Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək.

Naxçıvan televiziyası "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu qənaətə ABŞ sinoptikləri gəliblər.

ABŞ-də sinoptiklər planetdə orta temperaturun artmasına səbəb olan "El Nino" hadisəsinin 2024-cü ilin fevralına qədər davam edəcəyinə 95 faiz əmindirlər.

"El Nino" və "La Nina" Sakit Okeanda bütün dünyada hava şəraitinə təsir edə bilən iqlim nümunələridir. İyul ayında ekvatorial Sakit okeanda səth sularının temperaturu orta səviyyədən yüksək olub ki, bu da "El Nino" hadisəsinin davam etdiyini göstərir.

Ümumdünya Meteorologiya Təşkilatı hava şəraitinin qlobal temperaturun artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bununla yanaşı, 2023-cü ilin iyul ayı tarixdə ən isti ay olub. Alimlər hesab edirlər ki, bu, planetdə son 120 min ilin ən isti dövrü ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM