Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunub.
Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əqil Əliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.
