satellite   Azerspace-1: 11135 H 30000

"Volt Azərbaycan" AQTA-ya cavab verib

"Volt Azərbaycan" AQTA-ya cavab verib

Naxçıvan televiziyası xəbər verir ki, "Volt Azərbaycan" MMC fəaliyyətinin dayandırılması ilə bağlı ötən gün yayılmış xəbərə dair açıqlama ilə çıxış edib.

Açıqlamada deyilir ki, şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər.

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) irəli sürdüyü iddialara gəldikdə isə, "Wolt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib.

"Volt Azərbaycan"ın pozuntuların aşkar edilməsi barədə yayılan məlumatlarının həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüf olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib", - deyə açıqlamada qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM