satellite   Azerspace-1: 11135 H 30000

İndiyədək birinci sinfə qeydiyyatla bağlı müraciət edənlərin sayı açıqlanıb

İndiyədək birinci sinfə qeydiyyatla bağlı müraciət edənlərin sayı açıqlanıb

İndiyədək birinci sinfə qeydiyyatla bağlı müraciət edənlərin sayı açıqlanıb.

Bu barədə Naxçıvan televiziyası-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır.

115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.

Qeyd edək ki, 2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM