satellite   Azerspace-1: 11135 H 30000

Şamaxıda 7 hektarlıq sahə yanır, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə həyata keçirilir

Şamaxıda 7 hektarlıq sahə yanır, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə həyata keçirilir

Şamaxıda 7 hektarlıq sahə yanır, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə həyata keçirilir.

Bu barədə Naxçıvan televiziyası-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM