satellite   Azerspace-1: 11135 H 30000

Şamaxıda dağlıq ərazidəki yanğın söndürülüb

Şamaxıda dağlıq ərazidəki yanğın söndürülüb

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ümumilikdə 7 hektara yaxın ərazidə əsasən quru ot və kol-kos yanıb.

Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM