satellite   Azerspace-1: 11135 H 30000

Kəlbəcərdə və Şuşada aşkarlanmış meyit qalıqlarınını kimə məxsus olması müəyyən edilib

 Kəlbəcərdə və Şuşada aşkarlanmış meyit qalıqlarınını kimə məxsus olması müəyyən edilib

Bu ilin martında aparılan bərpa quruculuq işləri çərçivəsində yol tikintisi zamanı Kəlbəcər rayonunun Yenikənd kəndində aşkarlanmış üç nəfərə məxsus meyit qalıqlarınını kimə məxsus olması müəyyənləşdirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

Qeyd edib ki, bu şəxlər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğludur.

Eləcə də 2022-ci ilin avqustun aşkar edilmiş, Kəlbəcər rayonunun Çıraq kəndində itkin düşmüş şəxsin meyit qalıqlarının Kəlbəcər rayonunun İstisu qəsəbə sakini İsayeva Sənəm Həsən qızına məxsus olması müəyyən edilib.

Həmçinin Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Bildirilib ki, onlar Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu və Mikayılov Baba Balakişi oğludur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM